29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın faydalı qazıntı yataqları hərraca çıxarılır

13.12.2021

Azərbaycanın faydalı qazıntı yataqları hərraca çıxarılır - QİYMƏTLƏR + FOTO
Azərbaycanın daha dörd faydalı qazıntı yatağı hərraca çıxarılır.

Devran Media xəbər verir ki.İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yanvarın 17-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Qəbələ rayonunda yerləşən "Bumçay”, "Dəmiraparançay”, "Tikanlıçay”, "Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 10, 10,5, 10, və 14 hektar sahələri hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 10 yanvar 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və özəlləşdirmə portalında tanış olmaq olar.