30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KVN teatrı təltif olunub

13.12.2021


Dekabrın 13-də Heydər Əliyev Sarayında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 20 illik yubileyi münasibətilə "Planet Parni iz Baku” KVN teatrının kollektivi ilə görüşüb.

Elnur Əliyev Mədəniyyət nazirliyinin qarşısına qoyduğu missiya haqqında məlumat verib. "Gələcəkdə yalnız milli dəyərlərini saxlayan xalqlar irəli gedəcək, dünya ölkələri fonunda seçiləcək. Bu mənada nazirliyin qarşısında zəngin mədəni dəyərlərimizi qorumaq, təbliğ etmək kimi bir missiya dayanır”,- deyən Elnur Əliyev bu istiqamətdə Mədəniyyət Nazirliyi tərəfindən strategiya hazırladığını bildirib.

44 günlük Vətən müharibədə qazandığımız tarixi qələbədən söz açan E.Əliyev deyib ki, əldə etdiyimiz qələbə həm də mədəniyyətimizin qələbəsidir.

Bildirib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Qarabağda əsgərlərin qarşısında qısa tamaşalar nümayiş olunacaq.

"Planet Parni iz Baku” KVN teatrının keçdiyi yola nəzər salan E.Əliyev bildirib ki, bu teatrın Moskvadakı çıxışları hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurdu: "Səhnədə muğamın səslənməsi, mədəniyyətimizi yumor vasitəsilə əcnəbilərə çadırılması olduqca vacibdir. Ötən 20 illik zaman kəsiyində teatr bu işin öhdəsindən hər zaman çox böyük bacarıqla gəlib”.

Sonra Elnur Əliyev Mədəniyyət Nazirliyi adından "Planet Parni iz Baku” KVN teatrına fəxri fərman təqdim edib.