06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİM-də 3870 nəfər qeydiyyatdan keçib

13.12.2021

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti başa çatıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, sınaq imtahanı vermək üçün 3870 nəfər qeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzi ilə YAŞAT Fondu arasında əməkdaşlığa dair 2021-ci il noyabrın 4-də imzalanmış memoranduma əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə mənəvi dəstək vermək, onların təhsilinə və gələcək inkişafına əməli yardım göstərmək məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid, xüsusilə bölgələrdə məskunlaşan şəhid və qazi ailəsi üzvlərinin də bu imtahanlarda ödənişsiz iştirak etməsi DİM tərəfindən təmin olunub. Onlar öz istəklərinə uyğun olan rayon və ya şəhərdə keçirilən sınaq imtahanına qeydiyyata alınıblar.

Xatırladaq ki, sınaq imtahanı dekabrın 19-da, coğrafiya fənni üzrə əlavə imtahan isə dekabrın 26-da keçiriləcək.