09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropa Şurası Latviyanı ciddi nəzarətə götürüb

24.08.2018

Latviya çirkli pulların yuyulması ilə apardığı mübarizənin zəifliyi və aşağı göstəricilər səbəbindən Avropa Şurasının nəzarətinə götürülüb. Bununla bağlı "Moneyval” monitorinq mərkəzi hesabat hazırlayıb.
Sənəddə Latviyada nəzarət mexanizminin gücləndirilməsinin vacibliyi qeyd olunur. Əks təqdirdə çirkli pulların dövriyyəsinə nəzarətin zəifliyi kütləvi qırğın silahlarının yayılması və terrorun maliyyələşdirilməsinə gətirib çıxara bilər. Hesabat müəllifləri bu sahə ilə bağlı müvafiq qurumların ciddi fəaliyyət göstərməli olduğunu vurğulayıblar. Buna görə də Latviya gələn ildən başlayaraq 2022-ci ilədək gördüyü işlər barədə Avropa Şurasına hesabatlar təqdim edəcək.
Ölkə rəhbərliyi məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, ekspertlərin rəyi doğrudur və Latviya hökuməti bu istiqamətdə fəaliyyətini gücləndirəcək.