26 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Helikopter qəzaya uğrayıb

08.12.2021


Hindistanın Tamil Nadu ştatının cənubunda helikopter qəzası baş verib.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilir ki, helikopterdə ölkənin Baş Qərargah rəisi general Bipin Ravat da olub.

63 yaşlı Ravatın vəziyyəti ilə bağlı məlumat verilməsə də, 3 nəfərin yaralandığı bildirilir.

AFP-nin məlumatına görə, Ravat həyat yoldaşı və bəzi digər ordu zabitləri ilə birlikdə helikopterdə olub.