06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda ara qarışıqdır...

08.12.2021


İtkin düşən və ya əsir götürülən erməni hərbçi və terrorçular doğmaları Ermənistan parlamentinin önündə aksiya keçirirlər.

Ötən gün axşam saatlarında başlayan aksiya bütün gecə boyu davam edib.

Aksiya iştirakçıları parlament sədri Alen Simonyanın onların qarşısına çıxmasını və əsirlər haqda dediyi sözlərin izahını verməsini tələb edirlər.

Etirazçılar Nazirlər Kabinetinə gələn yolu da bağlayıblar.

Qeyd edək ki, ötən gün A.Simonyanın tədbirlərdən birində söhbətini əks etdirən görüntülər yayılıb. Görüntülərdə Simonyan erməni əsirlərinin onu maraqlandırmadığını deyir və bildirir ki, həmin şəxslər fəraridir, silahı atıb, Azərbaycan Ordusuna təslim olublar.