20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Azərbaycana nifrət ruhunda tərbiyə olunur"

08.12.2021


Ermənistanda yeni nəsil Azərbaycana nifrət ruhunda tərbiyə olunur. Bu, bizim və bütövlükdə region üçün gələcək təhlükələrdən xəbər verir. Xarici İşlər Nazirliyinin son bəyanatında bu məsələyə də xüsusi diqqət ayrılıb.

Bu sözləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə söyləyib.

"9 noyabr Bəyanatının imzalanması Ermənistan cəmiyyətində psixoloji partlayışa səbəb oldu. Çünki döyüşlərin getdiyi 44 gün ərzində Ermənistan cəmiyyətinə yalanlarla dolu məlumatlar verilmişdi.

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın istədiyi qərarları rədd etdi. Qarşı tərəfin istinad etdiyi məlumatların heç bir əsası yoxdur", - deyə nazir müavini qeyd edib.