20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Birbaşa dialoq çox mühüm əhəmiyyətə malikdir”

08.12.2021


Yaponiya hökuməti Ukraynadakı vəziyyət də daxil olmaqla, dünyada mövcud problemlər fonunda ABŞ və Rusiya liderlərinin birbaşa dialoqunun əhəmiyyətini yüksək qiymətləndirir.

Bunu dekabrın 8-də Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bildirib.

"Beynəlxalq ictimaiyyətin ciddi maraq göstərdiyi problemlərin, xüsusən Ukraynadakı vəziyyət fonunda dünyanın mühüm aktorları olan ABŞ və Rusiya liderləri arasında birbaşa dialoq çox mühüm əhəmiyyətə malikdir”, - deyə görüşü şərh edən Baş katib bildirib.

Xatırladaq ki, ABŞ və Rusiya liderləri dekabrın 7-də videoformatda təqribən iki saat ərzində müzakirələr aparıblar. Danışıqlar zamanı Ukrayna ilə bağlı vəziyyət, ikitərəfli münasibətlər, kibertəhlükəsizlik və İranın nüvə araşdırmaları məsələləri diqqət mərkəzində olub.