20 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu gün Beynəlxalq Rəssamlar Günüdür

08.12.2021


2007-ci ildə "Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr - Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün başqa bir səbəbdir: onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu başa düşürük.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Həmçinin yaradıcılıq insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Buna görə də bugünkü bayram həmçinin bütün gözəllik, rəngarənglik, təbiətsevənlər üçün xüsusidir.

Rəssamlıq peşəsi min illər boyu meydana gəlib: ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladılar. Qədim Misirdə qədimdən rəssamlara çox hörmət edilirdi. Yaradılan təsvirlərin sehrli bir təsirə sahib olduğuna inanılırdı. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.

Bu gün bayram şərəfinə mədəniyyət müəssisələrində, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər və tematik sərgilər keçirilir.