27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Simonyan:"Onlar əsir deyil, fəraridir"

07.12.2021


Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanda olan erməni əsirlər (16 Noyabr döyüşlərində əsir alınanlar – red.) haqda çıxışının görüntüləri ortaya çıxıb.

Kadrlarda söhbətin hansısa rəsmi qəbul zamanı aparıldığı görünür.

Simonyan digər iki nəfərlə erməni əsirləri müzakirə edir.

"Mənim üçün o əsirlər yoxdur. Bilirsiniz o əsirlər kimlərdir? Onlar silahlarını atıb qaçanlar və azanlardır. Mən bu haqda açıq danışa bilmərəm. Bəs, sizə maraqlı deyil ki, onların ailələri niyə fəallıq göstərmirlər? Çünki onlar da bilirlər ki, əsgərlər fərarilik edib. Silahlarını qoyub qaçdılar, əsir düşdülər”, - Simonyan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun düşmən təxribatına cavab olaraq 16 noyabr 2021-ci ildə sərhəddə keçirdiyi əməliyyat zamanı bir neçə strateji yüksəklik və düşmənin iki postu nəzarətə alınmış, erməni ordusu 25 itki vermiş, eyni zamanda, erməni əsgərləri əsir götürülmüşdü.

Azərbaycan 16 noyabrda əsir götürülənləri (10 hərbçi) 4 dekabrda geri qaytarıb və mina xəritələrini alıb.