23 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Omikron” ştamı immunitet yaradır?

07.12.2021


Koronavirusun yeni "omikron” ştamı patogenliyinin aşağı olduğu və xəstələrdə sağaldıqdan sonra infeksiyanın ağır formalarına qarşı immunitet yaratdığı üçün canlı peyvənd kimi təsir göstərə bilər.

Bu barədə Rusiyanın V.A.Engelqadt adına Molekulyar Biologiya İnstitutunun şöbə müdiri, virusoloq Pyotr Çumakov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, hazırda koronavirus təkamülünün ikinci fazasını sürətlə keçərək, daha yoluxucu, eyni zamanda, az patogen olub. Beləliklə, təbiət özü koronavirusa qarşı canlı peyvənd yaradıb.

Koronavirusun bu ştamına yoluxub sağalmış insanlarda digər ştamlara qarşı immunitet yaranır. Virusoloq gələcəkdə hakimiyyət orqanlarının lokdaunların tətbiqini istisna edə biləcəklərini də ehtimal edib.