20 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

ABŞ Senatı sosial ehtiyaclar üçün xərclərə səs verəcək

07.12.2021


ABŞ Senatında çoxluğun lideri Çak Şumer öz demokrat həmkarlarının ABŞ-da səhiyyə, təhsil, iqlim, immiqrasiya və vergitutma barədə qanunvericiliyin yenilənməsi üçün təqribən 2 trilyon dollarlıq paketə Milad bayramına qədər səs vermələri və onu təsdiq etmələri barədə ciddi tapşırıq verib.

Nümayəndələr Palatası qanun layihəsinin təqdim olunmuş variantını təsdiq edib, lakin demokratlar bu sənədə bəzi dəyişikliklər edilməsini planlaşdırırlar. Əgər onlar razılığa gəlsələr, bu halda Konqresin 100 nəfərdən ibarət olan yuxarı palatasında 50 demokratın hər biri layihənin lehinə səs verməli, vitse-prezident Kamala Harris isə "heç-heçə” variantında qanunun qəbul edilməsinə icazə verməli olacaq, çünki respublikaçıların 50 nəfərlik fraksiyası birmənalı olaraq qanun layihəsinin əleyhinə çıxacaqlar.

Bu paket Baydenin "Əvvəlkindən yaxşı şəkildə bərpa etmək” planı çərçivəsində təqdim olunub. Əgər Senat dəyişikliklər olunmuş paketə razılıq versə, sənədin imzalanmaq üçün Baydenə göndərilməsindən əvvəl Nümayəndələr Palatası yenidən səsvermə keçirməli olacaq. Şumer demokrat həmkarlarına xəbərdarlıq edib ki, bu sənədin Milad bayramına (dekabrın 25-inə) qədər Senat tərəfindən bəyənilməsi üçün onlar işdə daha çox vaxt keçirməli olacaqlar.

İki trilyon dollarlıq qanun layihəsi bəyəniləcəyi halda amerikalıların həyatında hökumətin rolu son 50 ildə ən yüksək dərəcədə genişlənəcək. Qanun layihəsinin qəbul edilməsi yaşlı amerikalılar üçün tibbi sığorta üzrə güzəştlərin artırılmasına, iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsinə, məktəbəqədər müəssisələrdə ümumi təhsilin tətbiq edilməsinə və gəlirləri aşağı olan ailələr üçün yeni yardıma imkan verəcək, həm də bütün bu tədbirlər varlı amerikalılar və korporasiyalar üçün daha yüksək vergilər hesabına maliyyələşdiriləcək.