26 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ərazilərə ayrılan vəsait gələn il artırıla bilər

06.12.2021


İşğaldan azad olunmuş ərazilərdə hər şey sıfırdan başlayaraq qurulmalı olduğundan burada innovativliyi tətbiq etmək daha rahatdır və bunun üçün imkanlar daha çoxdur. Digər tərəfdən, innovativliyin təmin olunmasında həmişə əsas maneələrdən biri olan vəsait çatışmazlığı problemi burada olmamalıdır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, təkcə bu il işğaldan azad olunmuş ərazilərin bərpasına dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb və gələn il də ən azı eyni məbləğdə vəsaitin ayrılması nəzərdə tutulur. Gələcəkdə bu məbləğin lazım olan qədər artırılacağı, habelə özəl sektor tərəfindən ayrılacaq vəsaitləri və xarici investisiyaları da bura əlavə etsək, bu məbləğin daha çox olacağı gözlənilir.