26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Türkiyənin yeni silahından danışdı

02.12.2021


Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli dəniz topu bütün sınaqlardan uğurla çıxdı.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Donanmamız 5 fərqli atış modulu ilə dəqiqədə 80 atış etmək qabiliyyətinə malik olan bu silah sayəsində daha da güclənib. Bundan başqa xaricdən tədarük zamanı olan yüksək xərc və gizli embarqolar da artıq tarixə qarışacaq”, - deyə ölkə lideri qeyd edib.

Qeyd edək ki, ABŞ-ın təzyiqləri ilə İtaliya Türkiyəyə dəniz toplarının satışını dayandırmışdı. Bundan sonra Türkiyədə mühəndislər yerli imkanlar hesabına milli dəniz topunu istehsal etməyə müvəffəq oldular.