09 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Şimali Koreya üzrə xüsusi nümayəndə təyin edib

24.08.2018

ABŞ Dövlət Departamenti Şimali Koreya üzrə xüsusi nümayəndə təyin edib.
Bu barədə dövlət katibi Mayk Pompeo açıqlama verib. O bildirib ki, ABŞ-ın Şimali Koreya ilə bağlı siyasətinin həyata keçirilməsi və yarımadanın nüvə silahından tam azad olması məqsədləri istiqamətində xüsusi nümayəndə kimi Stiv Biqen çalışmağa başlayacaq.
"Gələn həftə mən və yeni xüsusi nümayəndə danışıqları davam etdirmək üçün Şimali Koreyaya səfər edəcəyik”, - deyə dövlət katibi əlavə edib.
Stiv Biqen bundan əvvəl "Ford” şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti postunda çalışıb. O, həmçinin Milli Təhlükəsizlik Şurasında və Konqresdə müşavir vəzifələrində işləyib.