22 01 2022-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
21/01/2022
20/01/2022
19/01/2022

Səlim Məhəmməd Əl-Malik Azərbaycan haqqında danışıb

02.12.2021

Bakıda pandemiyanın çətin dövründə sülh mövzusuna həsr olunmuş forumun keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Həyatımızın çox vacib bir dövründə bir araya gəlmişik. COVID-19 bizim həyatımıza, qarşılıqlı fəaiyyətimizə təsir edib. Pandemiya qeyri-bərabərlik problemini, varlılar və kasıblar arasında fərqləri açıq şəkildə qabartdı.

Bunu ICESCO-nun Baş direktoru Səlim Məhəmməd Əl-Malik "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunun iştirakçılarına ünvnladığı videomüraciətində bildirib.

Bu cür tədbiri təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən baş direktor deyib ki, mədəniyyətdən başqa heç nə dünyanı xilas edəcək zəmin yarada bilməz .Dünya adlı ağac böhran küləyinə qarşı müqavimət göstərir. ICESCO regionda sülhün əldə olunması naminə fəaliyyət göstərməyə tərəfdardır.

Səlim Məhəmməd Əl-Malik bu forumu təşkil etmiş Azərbaycanın sülh quruculuğu məsələsindəki səylərini yüksək qiymətləndirib: "Bütün tərəfdaşların sülh naminə sosiallaşmasını dəstəkləyirik. Sülh prosesi hər kəsi bir araya gətirir. Sülh prosesini qorumaq və təşviq etmək çox vacibdir. Bu təşəbbüsləri gənclərin, qadınların və liderlərin cəlb edilməsi baxımından dəstəkləyirik. Bu forumda bir araya gəlib bu mövzuları müzakirə etmək siyasətçilərə dəstək olacaq. Biz Azərbaycanın mədəniyyət naminə sülh missiyasını dəstəkləməyə hazırıq".