Əvəz Qurbanlı FHN-nin xəstəxanasına yerləşdirilib
02.12.2021
Koronavirusa yoluxan tanınmış şair Əvəz Qurbanlının vəziyyəti orta ağırdır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda şairə rezervuarlı oksigen maskası taxılıb. Ə.Qurbanlının arterial təzyiqi 110/60, nəbzi 81, saturasiyası 97-dir.
Qeyd edək ki, Əvəz Qurbanlı dünən koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.