22 01 2022-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
21/01/2022
20/01/2022
19/01/2022

“Omikron” virusuna görə məhdudiyyətlərin tətbiqinə başlanılıb

02.12.2021


Çinin Honkonq xüsusi inzibati ərazisinin "omikron” ştamı ilə əlaqədar açıqladığı yeni səyahət məhdudiyyətlərinə əsasən daha 3 ölkə yüksək riskli zona siyahısına əlavə olunub.

Honkonq hökuməti xəbər verir ki, son 21 gün ərzində Yaponiya, Portuqaliya və İsveçdə olan qeyri-Honkonq rezidentlərinin dekabrın 3-dən etibarən şəhərə girişinə qadağa tətbiq olunacaq. Bu qərar həmin ölkələrdə "omikron” ştamına yoluxmaların aşkarlanması ilə bağlıdır. Bundan əvvəl isə siyahıya Cənubi Afrika Respublikası, Anqola, Efiopiya, Nigeriya, Zambiya, Avstraliya, Avstriya, Belçika, Kanada, Çex Respublikası, Danimarka, Almaniya, İsrail və İtaliya daxil edilmişdi. Həmin ölkələrdən gələn Honkonq rezidentləri isə COVID-19 virusuna qarşı tam peyvənd olunma barədə arayış təqdim etməklə şəhərə daxil ola bilərlər. Amma 21 gün ərzində xüsusi ayrılmış yerlərdə məcburi özünütəcrid dövrünü keçməli, bu dövrdə 6 dəfə, karantindən sonra isə bir dəfə test verməlidirlər.

Honkonq xüsusi inzibati ərazisində xaricdən gələn daha bir nəfərin "omikron”a yoluxmasının aşkarlanması ilə bu ştama yoluxanların sayı 4-ə yüksəlib. Sonuncu şəxs Qətərdən tranzit uçuşla gələn təyyarənin sərnişini olub.