22 01 2022-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
21/01/2022
20/01/2022
19/01/2022

Şəhid olan hərbi qulluqçularla vida mərasimi keçirilib

01.12.2021


Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla dekabrın 1-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilir.

Vida mərasimində DSX-nin və digər qurumların əməkdaşları, şəhidlərin yaxınları, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra şəhid hərbi qulluqçuların nəşləri dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.