25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Canlı yayımda intihar etdi

26.11.2021


Son illərin trend sosial media platforması olan Tik Tokda qəribə hadisələr baş verməkdə davam edir.

Yayımladığı videolarda depressiyadan və yaşadığı problemlərdən danışaraq izləyicilərini intihara sövq edən "Luo Xiao Mao Mao Zi” adlı Tik Tok istifadəçisi canlı yayımda pestisid (kimyəvi maddə) içərək həyatına son qoyub.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən fenomenin həyatını xilas etmək mümkün olmayıb.

Fenomenin ölümündən sonra maraqlı hadisə baş verib. Qadının külləri saxlanıldığı yas evində işçilərdən biri tərəfindən oğurlanıb.

İşçinin külləri başqalarına "kabus evliliyi” üçün satdığı iddia edilir. Hadisəni törədən 3 nəfər qısa müddətdə polis tərəfindən yaxalanıb.

Qeyd edək ki, Çində "kabus nikahları” ənənə olaraq davam edir. Hesab olunur ki, dünyanı tərk edən ruhlar uşaqların rifahını qorumaq üçün evlənməlidirlər.