20 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Planetlərin miniparadı başlayır

26.11.2021


Səmada planetlərin miniparadı başlayır. Noyabrın 25-dən etibarən Venera, Saturn və Yupiter bir düz xətt üzrə düzülərək bir-birinə yaxınlaşıb. Planetləri Günəş batdıqdan sonra adi gözlə də müşahidə etmək mümkündür.

Bu barədə  AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Şimal yarımkürəsində gecə səmasında Venera üfüqə daha yaxın yerləşdiyindən, açıq bir yerdən müşahidə etmək daha əlverişlidir. Cənub yarımkürəsi üçün isə müşahidə şərtləri daha əlverişlidir.

Üç planetdən ən parlağı Veneradır. Görünən ulduz ölçüsü -4.7 olan planet gecə səmasının ən parlaq obyektidir. Hazırda Venera Oxatan bürcündə yerləşir. Yupiterin parlaqlığı (-1.61/-2.94) Veneradan bir qədər zəifdir. Onu indi Oğlaq bürcündə görmək mümkündür. Veneradan fərqli olaraq Yupiter üfüqdən daha hündürdə yerləşir və onu gecə boyunca uzun müddət müşahidə etmək mümkündür. Saturn (-0.24/+1.47) planetinin parlaqlığı daha zəif olsa da, o da adi gözlə görünür. Lakin Aysız gecələrdə müşahidəsi daha rahatdır.

Qeyd edək ki, miniplanetlər paradını - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini il ərzində bir neçə dəfə müşahidə etmək mümkün olur. Cari ildə ilk miniplanetlər paradı may ayında baş vermişdi, hazırkı parad isə dekabrın ortalarınadək davam edəcək.