19 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Partlayış nəticəsində 63 nəfər yaralanıb

26.11.2021


Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya” kömür mədənində baş verən qəza nəticəsində 63 nəfər yaralanıb.

50 yaralı hazırda xəstəxanada müalicə alır, 13 nəfər isə ambulator şəraitdə müalicəsini davam etdirir.

Xatırladaq ki, mədəndə yanğın dünən səhər saatlarında baş verib. Hadisə zamanı yerin altında 285 şaxtaçı olub. Onların əksəriyyəti mədəni tərk edə bilib. Qəza nəticəsində 52 nəfər, o cümlədən 46 şaxtaçı və 6 xilasedici həlak olub.