29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vaqif Hüseynov: başına hələ çox bəlalar gələcək

25.11.2021


Mərhum gitaraçı Rafiq Hüseynovun (Rəmiş) qardaşı sənətkarın yoldaşı Gülü haqqında bəzi açıqlamalar verib.

Oxu.az xəbər verir ki, Vaqif Hüseynov  Gülünün Rəmişin övladlarını düşünmədiyini, onların isə kirayələrdə qaldığını bildirib:

"Biz ailədə bir bacı, dörd qardaş olmuşuq. Hamımız da peşəkar musiqiçi olmuşuq. Lakin biz musiqi ilə məşğul olmamışıq. Sara Qədimova babamın dayısı qızıdır. Rəmiş Nüşabə adlı xanımla evləndi. İki qızı oldu. Qızının birinin yoldaşı rəhmətə getdi. İndi kirayədə qalırlar.

Getdi Moskvada işlədi, ev aldı. Birini də hökumət ona verdi. Yanında gəzdirdiyi iki evdə qalır. Onun sifətinə görə heç kim yas mərasiminə getmədi. Qohum-əqrəba hamı ondan üz döndərdi. Deyir, bu ev mənə qalıb. Sənə heç nə qalmayacaq, başına hələ çox bəlalar gələcək”.

O, əlavə olaraq qeyd edib ki, Gülü onu qardaşı ilə görüşməyə qoymurdu.