03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya və ABŞ Şimali Koreyanı müzakirə ediblər

23.08.2018

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya mövzusunu telefon danışığı zamanı müzakirə edib.
 NHK telekanalı xəbər verir ki, liderlər arasında telefon danışığı avqustun 23-də baş tutub və təqribən 40 dəqiqə davam edib. Son dəfə liderlər arasında telefon danışığı iyunda, ABŞ-Şimali Koreya sammitindən dərhal sonra olmuşdu.
ABŞ lideri ilə telefon danışığını şərh edən Baş nazir Şinzo Abe jurnalistlərə bildirib ki, onlar iki ölkənin Şimali Koreyaya münasibəti məsələsini ətraflı müzakirə ediblər.
Ş.Abe ABŞ Prezidentinə Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşları məsələsinin həlli ilə əlaqədar görülən tədbirlər barədə məlumat verib. Baş nazir qeyd edib ki, o, Donald Trampdan məsələyə dəstək verməsini xahiş edib. Bunun cavabında ABŞ Prezidenti bildirib ki, onun ölkəsi Yaponiyanın mövqeyindən asılı olaraq, məsələyə təsir etməyə çalışacaq.
Ş.Abe bəyan edib ki, Yaponiya və ABŞ Koreya yarımadasının tamamilə nüvə silahından azad edilməsi məsələsində eyni mövqeyə malikdirlər.
Baş nazir əlavə edib ki, hökumət Şimali Koreyanın nüvə və raket proqramlarının dayandırılması və oğurlanmış yaponlar məsələsinin həlli üçün mümkün olan hər şeyi edəcək. Yaponiya bu vəzifələrin həlli üçün Cənubi Koreya, Rusiya və Çin ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.