07 12 2021-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
07/12/2021
06/12/2021
03/12/2021
02/12/2021
01/12/2021
29/11/2021
27/11/2021

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik qəbul olunub

24.11.2021


Milli Məclis "Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin noyabrın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə görə, Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

Dəyişikliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat, 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat dövlət rüsumu tutulacaq.

Digər dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.

Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat, 3000 kubsantimetrədək olduqda 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat, 4000 kubsantimetrədək olduqda 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.