03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Seyid Muaz Şah: "Putin İrəvana təzyiq etməlidir"

23.11.2021


Ermənistan hər zaman gecikdirmə taktikası ilə çıxış edib və regionda həqiqi sülhə qeyri-səmimi münasibət nümayiş etdirib. Təəssüf ki, onlar bu minalarla bağlı humanitar tələbi dərk edə bilmirlər.

Bu sözləri Pakistan Ziyauddin Universitetinin rektoru, analitik Seyid Muaz Şah rəsmi İrəvanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməməsi və yaxud yalnız 25 faiz dəqiq olan xəritələrin təqdim edilməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu ssenaridə Ermənistandan dürüstlük gözləməməlidir:

"Rəsmi Bakı regionda bu minaları daha effektiv şəkildə təmizləmək üçün digər vasitələrdən istifadə etməyə hazır olmalıdır. Çünki Ermənistanın verdiyi məlumatın həqiqi olacağına zəmanət yoxdur. Mən bunun praktiki olaraq bir həlli olduğunu düşünürəm: minalanmış ərazilərin təmizlənməsi rus sülhməramlılarına həvalə edilməlidir. Beləliklə, məsuliyyət rusların üzərinə düşəcək və Ermənistan onlara və ya onlarla öz münasibətlərinə zərər vurmazdan əvvəl iki dəfə düşünəcək”.

Analitikin fikrincə, Vladimir Putin Qarabağın minalardan təmizlənməsinin BMT və Cenevrə müqavilələrinə uyğun olmasını təmin etmək üçün konkret addımlar atmalıdır.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.