03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Fransa bu addımı ilə Minsk Qrupunu rədd etmək üçün əsas verir"

23.11.2021


Azərbaycan əsgəri 44 günlük müharibədə yalnız Ermənistanı məğlub etmədi. Bu siyahıda məğlub edilən ölkələrdən biri də Fransadır. İndi bu məğlubiyyətin acısını çıxmaq üçün bu addım atılır. Azərbaycan nota verəndə Paris elan edir ki, bu dövlətin rəsmi mövqeyi deyil, hansısa şəxslərin və qurumların fəaliyyətidir.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

O xatırladıb ki, bir müddət əvvəl Donbas separatçıları Parisdə nümayəndəlik açsa da, sonradan Qərb ölkələrinin reaksiyasından çəkinərək bunu qapadıb:

"Amma Qarabağla bağlı məsələni görməzdən gələrək başqa davranış sərgiləyir. Fransa bu addımı ilə Minsk Qrupunu rədd etmək üçün əsas verir. Biz bunu qiymətləndirməliyik”.

Deputat əlavə edib ki, separatçılar xaricə gedəndə onlara cinayət işi açılmalı, terrorçu kimi axtarışa verilməlidirlər:

"İkincisi, Rusiyaya etiraz etməliyik. Sülhməramlılar Azərbaycan rəsmilərinin vəzifələrini mənimsəməyə çalışan separatçılarla bağlı real addımlar atmalıdır”.