03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AŞPA-nın iclası keçiriləcək

23.11.2021


Noyabrın 25-26-da İtaliyanın Roma şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) daimi komitəsinin iclası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Daimi komitənin iclasında Belarusla sərhəddə miqrantların vəziyyəti, onların beynəlxalq müdafiəsi, uşaqların başlıca maraqlarının təmini, Mərakeşdə 2021-ci il sentyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələri, gender zorakılığı ilə mübarizədə kişilərin rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.