07 12 2021-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
07/12/2021
06/12/2021
03/12/2021
02/12/2021
01/12/2021
29/11/2021
27/11/2021

Sahibə Qafarova Tahir Kərimliyə məsləhət verib

23.11.2021

Çıxışıma ötən iclasdakı fikirlərimdən başlamaq istərdim. Mən bəzi fikirlər işlətdim. Sonradan aydın oldu ki, məsələ bir qədər fərqlidir.

Bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

O əlavə edib ki, Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib. Eyni zamanda Milli Məclisin sürücülərinə kurslar təşkil edilib:

"Hətta burada ekspert vəzifəsində işləyənlər müşavir kimi irəli çəkilib. Bu da sədrin Milli Məclisin işçilərinə diqqətindən irəli gəlir.

Mən hörmətli spikerlə xarici səfərdə olmuşam, onun necə fəaliyyət göstərdiyini, ölkəmizin və parlamentin nüfuzunu gücləndirməyə çalışdığını görmüşəm”.

Deputat parlamentin ötən iclasında işlətdiyi bəzi fikirlərə görə spikerdən üzr istəyib.

Sahibə Qafarova isə deputata məsləhət görüb ki, əsassız məlumatlar əsasında çıxış etməsin.