03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"NATO tarixin ən uğurlu ittifaqıdır"

22.11.2021


Türkiyə NATO üzvlüyünün yükünü, eləcə də alyansın bütün dəyərlərini bölüşür.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

"NATO İkinci Dünya müharibəsindən bəri Avropanın təhlükəsizliyinin əsasını təşkil edən təşkilatdır. Hesab edirik ki, NATO tarixin ən uğurlu ittifaqıdır və həmişə olduğu kimi fəaldır".

O qeyd edib ki, Türkiyə NATO-nun ən qədim üzvlərindən biridir (alyansa 1952-ci ildə qoşulub).

Akar Türkiyənin Yaxın Şərqdə bir çox terror təhlükəsi ilə üzləşməsinə baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və şəxsi heyətinə davamlı olaraq töhfə verdiyini vurğulayıb.

Türkiyənin müdafiə naziri onu da əlavə edib ki, ölkə NATO və Avropa sərhədlərinin terror, qaçaqmalçılıq və insan alverindən qorunması üçün əlindən gələni edir.