27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə dünyada 7-cidir

22.11.2021


Kanadanın "Aeroemploi” portalı dünyanın ən güclü Hərbi Hava Qüvvələrinə malik olan ölkələrin siyahısını hazırlayıb.

Birinci yerdə müxtəlif modifikasiyalı 3 minə yaxın təyyarəsi olan ABŞ qərarlaşıb.

İkinci yeri isə Rusiya Hava Kosmik Qüvvələri tutub. Rusiyanın 1900 təyyarəsi var. Məqalə müəllifləri bildiriblər ki, son 30 ildə Rusiya bu sahədə böyük sıçrayış əldə edib.

Siyahıda ilk üçlüyü Çin tamamlayıb.

Sonrakı yerlərdə Hindistan, Misir, Pakistan, Türkiyə və Cənubi Koreya Hərbi Hava Qüvvələri qərarlaşıb.

400-dən çox təyyarə parkına malik Almaniya siyahıda onuncu yeri tutub.