28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk iş adamları Naftalana sərmayə qoyacaqlar

22.11.2021


Türkiyənin tanınmış "Sera Group” şirkətinin əməkdaşları Şükrü Çam, Pul Şener, Yılmaz Samet və Nuçin Zekeriya Naftalan şəhərində olublar.

Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində olub, ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi xidmətləri özündə əks etdirən eksponatlara baxış keçiriblər.

Şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqlarla görüşdə dünyada unikal müalicəvi neftə malik olan Naftalan şəhərinin turizm potensialı, eləcə də perspektivlər barədə geniş məlumat verib.

Şirkət rəhbərliyi bölgənin turizm məkanına çevrilməsində investisiya yatırmaqdan və qardaş ölkəyə fayda verməkdən məmnun olacaqlarını bildiriblər.