28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kremlin İrəvanın xahişinə cavabı

19.11.2021


Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Eduard Ağacanyan Ermənistanın Rusiyaya hərbi və diplomatik yardım xahişinə aldığı cavabı dolayısı ilə elan edib.

O, bu gün keçirilən mətbuat konfransında Ermənistanın yardım və ərazi bütövlüyünün bərpası üçün Rusiyaya üz tutuduğunu deyib:

"Rusiya Müdafiə Nazirliyinin Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına hazırlıq mərhələsi ilə bağlı təklifinə rəsmi İrəvanın hərbi yardım müraciətinə cavab kontekstindən baxmaq lazımdır. Məhz sərhədin demarkasiyası və delimitasiyası əsasında problemin həll olunacağı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı gözlənilir”.

E.Ağacanyan bu sözlərlə dolayısı ilə təsdiqləyib ki, Rusiya Ermənistanın 16 noyabrdakı toqquşma zamanı yardım xahişinə cavab olaraq sərhədlərinin dəqiqləşməsinin vacibliyini şərt kimi irəli sürüb.

Qeyd edək ki, bundan öncə rusiyalı politoloqlar da eyni fikri səsləndirmişdilər. Belə ki, Ermənistanın sərhədlərini qorumaq üçün əvvəlcə bu sərhədlərin olmasının vacibliyini vurğulamışdılar.