28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ovannisyan: Bakı ilə danışıqlar gizli aparılır

19.11.2021


Ermənistan çox gərgin proseslə üz-üzədir və hər bir potensial müzakirə vacibdir.

Bunu Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, demək olar ki, bütün danışıqlar gizli şəkildə aparılır.

"Əslində, danışıqlar heç vaxt açıq aparılmır, demək olar ki, həmişə gizli olur”, - Ovannisyan bildirib.

Parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan da qeyd edib ki, bu işdə məxfilik son dərəcə zəruridir, çünki bu, həm də sərhəddə qüvvələrin yerləşməsinə aiddir:

"Bu, yeni toqquşmalara səbəb ola biləcək yeni qaynar nöqtələr yaratmamaq üçün çox diqqətlə aparılmalıdır”.