28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ay üçün avtomobil istehsal edilir

19.11.2021

ABŞ-ın "Northrop Grumman” aerokosmik şirkəti Ayda sürmək üçün avtomobil istehsal ediləcəyini elan edib.

Bu barədə şirkətin saytında məlumat yer alıb.

Şirkət onu "İntuitive Machines” və "Lunar Outpost” kosmik şirkətləri ilə birgə yaradacaq.

Layihədə sükan, asma və akkumulyatorlara cavabdeh olacaq AVL avtomobil şirkəti və əvvəllər NASA ilə Ayda işləyən nəqliyyat vasitələrinin yaradılmasında əməkdaşlıq etmiş şin istehsalçısı "Michelin” də iştirak edir.

Şirkət amerikalı astronavtlar Harrison Şmitt və Çarlz Dyuku da bu işə cəlb edib. Onlar artıq "Apollon” proqramı vasitəsilə Aya uçublar və şirkət onların Ayda nəqliyyat vasitəsini idarə etmək təcrübələrini nəzərə almağı planlaşdırır.