25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Tovuz rayonu istiqamətindəki mövqelərimiz növbəti dəfə atəşə tutulub

18.11.2021


Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.