02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərhəddə 100-dək miqrant saxlanılıb

18.11.2021


Polşa sərhədçiləri noyabrın 18-nə keçən gecə Belarusla dövlət sərhədindən qanunsuz keçməyə cəhd edən 100-dək miqrantı saxlayıblar.

Polşa Müdafiə Nazirliyi Belarus sərhədçilərini miqrantları bilərəkdən sərhəd zolağına doğru yönəltməkdə ittiham edib. Polşanın Baş naziri Mateuş Moravietski isə Avropa İttifaqı təsisatlarını xarici sərhədlərin qətiyyətli mühafizəsinə çağırıb: "Əgər biz indi minlərlə miqrantı sərhədlərdən uzaq tutmağa qabil deyiliksə, tezliklə yüz minlərlə, milyonlarla insan Avropaya axışacaq”.

Rəsmi Varşavanın məlumatına görə, hazırda Belarus ilə Polşa arasında sərhəd regionunda Yaxın Şərq və Afrikadan minlərlə miqrant Polşaya və bununla da Avropa İttifaqı ərazisinə daxil olmağa çalışır. Qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə Polşa sərhədyanı bölgədə təhlükəsizlik qüvvələrinin sayını artıraraq 20 min hərbçiyə çatdırıb.

Polşa Parlamentinin aşağı palatası (Seym) isə noyabrın 17-də sərhəd mühafizəsini gücləndirmək məqsədilə sərhədyanı bölgələrdə hərəkətin və media azadlığının müvəqqəti məhdudlaşdırılmasına icazə verən qanun layihəsini qəbul edib. Polşa hökuməti bu qanun vasitəsilə sərhədyanı ərazilərdə hərəkəti tam dondurmağa çalışır. Hazırda Belarusla sərhəd regionda elan edilmiş fövqəladə vəziyyət rejimi dekabrın 2-dək qüvvədə olacaq.