01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İŞİD terror qruplaşmasına zərbə endirilib

18.11.2021


İraqın Hərbi Hava Qüvvələrinin ölkənin şərqində yerləşən Diyala əyalətində İŞİD qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində beş silahlı öldürülüb.

Al Arabiya telekanalı xəbər verir ki, İraq müdafiə nazirinin məlumatına görə, silahlılar Birləşmiş Operativ Komandanlığının Diyala əyalətindəki qərargahına hücum etməyə hazırlaşırdılar.

Bir müddət öncə İraqın təhlükəsizlik qüvvələri İŞİD qruplaşmasının "Əl-Faruk” bölməsinin komandirlərindən birini həbs edib. Qruplaşma üzvləri Əl-Mahmudiyyə və Əl-Həsva yaşayış məntəqələrini birləşdirən yolda yeddi tankı yandırıb, həmçinin 4 dinc sakinin ölümü ilə nəticələnən partlayış törədiblər.

Son zamanlar İraqın müxtəlif əyalətlərində İŞİD silahlılarının hücumları artıb. Ölkənin təhlükəsizlik qüvvələri buna cavab olaraq ekstremistlərə qarşı əməliyyatları artırıb.