01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bill Qeyts pandemiyanın yaxın zamanlarda başa çatacağını düşünür

18.11.2021


"Microsoft” kompaniyasının qurucusu Bill Qeyts artıq gələn ilin ortalarında koronavirusun daha az təhlükəli olacağını proqnozlaşdırır.

Bill Qeyts Maykl Blumberqin Yeni İqtisadi Forumdakı çıxışı zamanı pandemiyanın mümkün ssenarisi barədə danışıb.

"Təbii və peyvənd immuniteti, həmçinin anticisimlərlə heç vaxt əldə olunmayan immunitet miqyasını təmin edəcək yeni içmə dərmanlar ölümlərin və ağırlaşmaların səviyyəsini aşağı salmalıdır”, - deyən sahibkar bunun yeni ştamlar peyda olmayacağı təqdirdə mümkün olacağını əlavə edib.

Bill Qeytsin fikrincə, peyvənd çatışmazlığı ilə bağlı bütün çətinliklər gələn ilə qədər həll olunacaq və yalnız logistika və tələbatın yaratdığı məhdudiyyətlər qalacaq. O, həmçinin "Merck” kompaniyasının hazırladığı virus əleyhinə içmə dərmanların qiymətinin xeyli aşağı - 8 dollardan ucuz olacağını vurğulayıb.