02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid Orxan Cabbarov Quba Şəhidlər xiyabanındadəfn edilib

18.11.2021


Dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan giziri Cabbarov Orxan Hətəm oğlu noyabrın 18-də Qubada dəfn olunub.

Şəhidin dəfn mərasimində şəhər icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Şəhid Orxan Cabbarov Quba rayonunun Davidoba kəndindəndir. Zəfərlə başa çatan Vətən müharibəsində Cəbrayıl və Füzuli cəbhələrində qəhrəmanlıqla döyüşüb. Göstərdiyi şücaətə görə 4 medalla təltif olunub.

Orxan Cabbarov Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə yaylım atəşi açılıb, Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub.