02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hande Harmancı: Keyfiyyəti yaxşılaşdırmaq başlıca məqsədlərdəndir

18.11.2021



Türkiyənin təcili tibbi yardım xidməti sahəsindəki təcrübələri pilot olaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tətbiq ediləcək. Türkiyə təcilli tibbi yardım təcrübəsinin həmin xəstəxanada sınaq mərhələsinə artıq başlanılıb. Burada məqsəd Azərbaycandakı təcili və təxirəsalınmaz yardım xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, həmçinin coğrafi və digər faktorlar da nəzərə alınmaqla, Türkiyə təcrübəsinin Azərbaycana uyğun modelini hazırlamaqdır.

Bunu təcili yardım xidmətləri mövzusunda keçirilən minisimpoziumda çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Təcili tibbi yardım xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasının ÜST-nin prioriteti olduğunu vurğulayan H.Harmancı bildirib ki, Türkiyə, sadəcə, örnəkdir: "Yəni, Türkiyə təcrübəsinin Azərbaycanda olduğu kimi deyil, sadəcə, ölkəyə uyğun formatda tətbiqi planlaşdırılıb. Həmçinin ölkədəki təcili tibbi yardım xidməti üzrə biliklərin təkmilləşdirilməsi üçün Azərbaycan Tibb Universiteti və tibb kollecləri ilə əlaqələrin genişləndirilməsi də vacibdir. Təcili tibbi yardım üzrə ixtisaslaşmış tibb işçilərinin yetişdirilməsi vacib faktordur. Bu, tibb təhsili verən müəssisələrlə əməkdaşlıq əlaqələrinin artırılmasını zəruri edir”.