06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin və Azərbaycanın müdafiə nazirləri telefonla danışıblar

17.11.2021


Noyabrın 16-da Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədindəki vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Nazir Hulusi Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.