07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hesabdan oğurluq etdi və tutuldu

16.11.2021


Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş "etopaz.az” hesabında olan 2850 manat məbləğində pulun naməlum şəxs tərəfindən istifadə edildiyi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat zamanı həmin şəxsin Qax şəhər sakini Fərhad Omarov olduğu müəyyənləşib və o, saxlanılıb. F.Omarov ifadəsində əməlini etiraf edib.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.