06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada antirekord qeydə alınıb

16.11.2021

Ukraynada son sutkada koronavirusdan ölüm sayında antirekord qeydə alınıb.

Ukraynanın Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada Ukraynada 838 nəfər koronavirus səbəbindən həyatını itirib. Bu da pandemiya dövründə ən yüksək göstəricidir.

Son sutkada Ukraynada 16 308 nəfər koronavirusa yoluxub. Ən çox yoluxma halı Dnepropetrovsk, Odessa və Kiyev vilayətlərindədir.

Artıq Ukraynada pandemiya dövründə koronavirusdan ölənlərin sayı 77 min 985-ə çatıb, 3 244 749 insan koronavirusa yoluxub, 2 664 373-ü isə müalicəsini başa vurub.

Qeyd edək ki, Ukrayna hökuməti koronavirusa yoluxma hallarının artması səbəbindən vilayətlərin əksəriyyətində karantin rejimini sərtləşdirib.