07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çin və ABŞ Prezidenti virtual görüşüblər VİDEO

16.11.2021


Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Bayden arasında virtual görüş keçirilir.

Çinin Xarici İşlər Nazirliyi xəbər verir ki, görüşdə Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Görüşüb mətbuat üçün açıq hissəsində Çin lideri bildirib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünyanın 2 ən iqtisadiyyatı olan Çin ilə ABŞ arasında təmasların və əməkdaşlığın gücləndirməsinə ehtiyac var.

Si Cinpin tərəflərin bir-birinə hörmətlə yanaşmalı olduqlarını vurğulayaraq, iqlim dəyişikliyi və COVID-19 pandemiyası kimi qlobal çağırışlara effektiv cavab daxil olmaqla, sülhpərvər və sabit beynəlxalq mühitin təminatı üçün iki ölkənin münasibətlərini dərinləşdirməsinə ehtiyac olduğunu deyib.

O, Çin-ABŞ münasibətlərinin müsbət istiqamətdə irəli aparılması üçün Prezident Cozef Baydenlə işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Cozef Bayden ABŞ prezidenti kimi vəzifəsinə başladıqdan sonra Si Cinpin ilə 2 dəfə telefonla danışıb.