06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaranlıqdan işıqlığa çıxan Qarabağ fotolarda

15.11.2021


Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbədən sonra azad olunan Qarabağ torpaqlarında geniş tikinti-quruculuq işləri aparılır. Düşmənin 30 il taladığı doğma yurd-yerlərimiz sürətlə yenidən qurulur, mühüm infrastruktur layihələri icra olunur.

Bir vaxtlar zülmət içində olan Qarabağımızda indi işıqlar yanır. "Azərenerji” ASC qısa vaxtda işğaldan azad olunan torpaqlarda mühüm infrastruktur yaradıb. Belə ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 3 elektrik stansiyası - 8 MVt-lıq "Güləbird” SES (Laçın), 4,8 MVt-lıq "Suqovuşan-1” və 3 MVt-lıq "Suqovuşan-2” KSES-lər yenidən qurulub, 4,4 MVT-lıq "Kəlbəcər-1” KSES-də yenidənqurma işləri tamamlanmaq üzrədir.

Bundan başqa, 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – "Şuşa”, "Füzuli”, "Kəlbəcər”, "Cəbrayıl”, "Zəngilan”, "Qubadlı”, "Ağdam-1”, "Ağdam-2” tikilib və "Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. "Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75, Zəngilana 110 kilometr, Daşkəsəndən Kəlbəcərə 70 kilometr, Xındırıstandan Ağdama isə 35 kilometr məsafədə ikidövrəli olmaqla, 110 kV-luq ötürmə xətti çəkilib.

Yaxın perspektivdə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub.

Gələcəkdə Cəbrayıla Ağcabədidən 130 kilometr, İmişlidən isə 132 kilometr məsafədə 330 kV-luq xətt çəkilməsi, o cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi planlaşdırılıb. Bunun icrası nəticəsində Xudafərin və Qız Qalası layihələri ilə yanaşı, Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsi də təmin ediləcək.