05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq terrorizmin bir həlqəsi

15.11.2021

İqor Korotçenko: Şuşa yaxınlığında törədilən terror aktı beynəlxalq terrorizmin bir həlqəsidir
Noyabrın 13-də Şuşa yaxınlığında törədilən terror aktı beynəlxalq terrorizmin bir həlqəsidir. Ermənistan vətəndaşının şəxsində törədilən bu terror aktına görə Ermənistanın hakimiyyət orqanlarının məsuliyyət daşıdığı birmənalıdır.

Bunu Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Şuşa səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Korotçenko qeyd edib ki, terror aktını törədən şəxsin əməllərinə hüquqi qiymətin verilməsi üçün onun Azərbaycan və ya Rusiya istintaq orqanlarına təhvil verilməsi zəruridir. Bu addım Ermənistan hakimiyyətinin bölgədə dayanıqlı sülhün yaranması istəyinin ifadəsi ola bilər.