05 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Axunda etiraz etdi və həbs olundu

15.11.2021


"Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham irəli sürülüb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Nağıyev 15 sutka inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, A.Nağıyev noyabrın 12-də "Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edib. Bildirib ki, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.

A.Nağıyev hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.