05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub”

15.11.2021


"1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir:

"O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb”.

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.