09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Parsyan: Qorxduğumuz başımıza gəldi

15.11.2021



Təəssüf ki, qorxduğumuz başımıza gəldi.

Bunu Qafan meri Gevork Parsyan Çakatendə bu gecədən etibarən Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Bu, bizim üçün çox ciddi problemdir, çünki yol bağlanıb və bu qəsəbələrin, ümumiyyətlə, alternativ yolu yoxdur. Yeganə variant Mehri vasitəsilədir. Faktiki olaraq 7-8 kilometrlik Qafan yolu 150 km uzanacaq. Yeganə qısa alternativ yol 90-cı illərdə tikilən çətin keçilən yoldur, bunun da üzərində işləmək lazım gələcək. 6 kəndin əhalisinin qayğısına qalmalıyıq. Məndə tam məlumat yoxdur. Az öncə öyrəndim ki, Azərbaycan öz nəzarətində olan yolda gömrük məntəqəsi qurur. Vətəndaşlarımızın oradan keçməsi nə dərəcədə məqsədəuyğun olacaq, bu barədə ayrıca deyəcəyəm”, - Parsyan bildirib.